Seyyid Həsən Amuli Azərbaycan müxalifətinə səsləndi: "Bunları da yazın"

Ali Məqamlı Rəhbərin Ərdəbil vilayətində nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyyid Həsən Amuli son zamanlarda Xüdafərin körpüsü ətrafında danışılanlara münasibət bildirib.

Giperssilka.ru "Mehr"ə istinadən xəbər verir ki, məsələ ilə Ayətullah Seyyid Həsən Amuli bağlı bildirib: "Bizim tariximiz, dinimiz, dilimiz, ləhcəmiz, əcdadlarımız, qəbilələrimiz, mədəniyyət xadimlərimiz, şairlərimiz, müctəhidlərimiz, hərbi sərkərdələrimiz və tariximizin qəhrəmanları birdir.

Onların qüruru bizim qürurumuzdur. Onların qatlaşdığı əzablar bizim əzabımızdır. Dağlıq Qarabağın işğalı qəlbimizdə dərin yaradır. Dağlıq Qarabağın işğalını öz ərazimizin işğalı hesab edirik. Bu günlərdə Azərbaycanın KİV-lərində İrana qarşı üsyan qaldıran Azərbaycan müxalifəti, lütfən, bunu da yazın ki, ABŞ-ın 10-cu ştatı Dağlıq Qarabağın qondarma hökümətini rəsmən tanıdı və Amerika Senatının sədri də bunu imzaladı. Bunu da yazın ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın bütün büdcəsi Amerika tərəfindən təmin edilir. Yazın ki, Amerika ora viza verir. Yazın ki, məhz ABŞ BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa aid 4 qətnaməsinin icrasına mane olur.
Azərbaycan xalqı bu acı reallığa mütləq diqqət ayırmalıdır, bu gün Azərbaycanda İran əleyhinə təbliğat maşınının sükanı arxasında olanlar nə üçün Amerikanın Qarabağa qarşı cinayətlərindən danışmırlar, yazmırlar?"

Qeyd edək ki, Ayətullah Seyyid Həsən Amuli mövzu ilə bağlı fikirlərini İCRUS TV-nin calı efirində yayınlanan müqəddəs Ramazan ayı proqramlarından biridndə bildirib.  

Giperssilka.ru