Seyyid Həsən Nəsrullah: "Müqavimətə qarşı aparılan psixoloji savaşa qarşı durmalıyıq"

Seyyid Həsən Nəsrullah:

Giperssilka "ABNA"-ya istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah Hizbullahın Beyrutun kənarında Məhərrəm ayının üçüncü gecəsi münasibətilə keçirdiyi Aşura toplantısındakı çıxış edib. Çıxışı zamanı Seyyid Nəsrullah Müqavimətə qarşı aparılan psixoloji və media müharibəsi təhlükəsinə toxunub. O, bununla əlaqədar xəbərdarlıq edərək bu savaşa qarşı müqavimət göstərməyin zəruriliyini vurğulayıb:

"Əslində bütün dünyada müqavimət və məzlumlara qarşı psixoloji və təbliğat müharibəsi aparılır. Buna laqeyd qalmaq olmaz.

Bütün müharibələr hərbi deyil. Eyni şey İmam Hüseynin (ə) başına da gəldi. O Həzrəti (ə) psixoloji müharibədə bir dini liderə qarşı üsyan qaldırmaqda günahlandırdılar. Bəziləri də onun üsyanını pul və güc qazanmaq məqsədilə olduğunu bildirdilər. Bəziləri də bunu bir qəbilə problemi və ya şəxsi bir hadisə kimi izah etdilər.

Həqiqətdə, biz media və təbliğat sahəsində mövcud olan imkanlardan istifadə etməliyik. Yalanlara, böhtanlara və faktların təhrifinə əsaslanan mövcud psixoloji müharibə ilə mübarizə aparmalıyıq.

Odur ki, biz də bu məsələdə var olmalıyıq. Çünki bu gün düşmənlərin təbliğat savaşının ən təhlükəli və əhəmiyyətli vasitəsi sosial şəbəkələrdir. Təbii ki, bu bütün insanların həm müdafiədə, həm də hücumda media cəbhəsinin bir hissəsi olmalarına imkan verir".

Cənab Seyyid Nəsrullah bildirib ki, sosial şəbəkələr əslində həm təhdid, həm də fürsətdir: 

"Biz təhlükəni fürsətə çevirməli və bundan istifadə etməliyik.

Media və təbliğat və psixoloji savaş mövzusu eynilə Kərbəlada baş verənlər kimi bu gün də savaşın əsas hissəsidir".

 

Giperssilka.ru