Seyyid Mənsur Təhmasibi: "İmam Xomeyninin düşüncələrini Quran oxuduqdan sonra öyrənmək və dərk etmək daha asandır" VİDEO

İslam İnqilabı Ali Məqamlı Rəhbərinin Rusiya Federasiyasındakı rəsmi nümayəndəsinin müavini Seyyid Mənsur Təhmasibi, Giperssilka.ru saytının təşkil etdiyi onlayn konfransda çıxış edib.

Çıxışında cənab Təhmasibi dedi: "İmam Xomeyni və onun düşüncələri haqqında danışarkən İmam Xomeyni haqqında eşitmək istəyənlərin danışdığı dildə danışmalıyıq."

İmam Xomeyninin inanclarını şərh edən Seyyid qeyd etdi: "O iki şeyə inanırdı: Uca Allah dünyanı idarə edir. Ancaq insanlar istəsələr hər şeyi dəyişdirə bilərlər." 

 

 

İlahiyyatçı çıxışında İslam İnqilabının banisindən də sitat gətirib: "Əgər inqilab insanları düzəltməyə və kamilliyə aparmazsa, bu inqilab sadəcə gələcəyi olmayan bir partlayışdır."

Çıxışını yekunlaşdıran cənab Təhmasibi vurğulayıb ki, İmam Xomeyni (rə) haqqında danışarkən, Qurani-Kərimi öyrəndikdən sonra onun düşüncələrini öyrənmək və başa düşmək daha asandır. "

 

Giperssilka.ru