Sionist rəsmisi: “250 mindən çox raketin mühasirəsindəyik”

Sionist rəsmisi: “250 mindən çox raketin mühasirəsindəyik”

İsrail rejiminin ordusunun sabiq ombudsmanı Yitzhak Brik sionist ordusunun quru qüvvələrinin, xüsusən də bir anda bir neçə cəbhədə baş verəcək bir qarşıdurmaya hazır olmadığını söyləyib.

 

Deyerler.org Medyasafak-a istinadən xəbər verir ki, Brik hazırladığı bir hesabatında İsrail rejimini əhatə edən 250 mindən çox raketin olması barədə xəbərdarlıq edərək, müharibə olduqda, gündə təxminən 3000 raket atılacağını bildirib.

“Bu raketlər dəqiq istiqamətləndirilmiş və ağır döyüş başlıqlarına malikdir və minlərlə israillinin ölümünə və kütləvi şəkildə məhv edilməsinə səbəb olacaq”, - deyə o, bildirib.

 

Digər tərəfdən, Hizbullah (21 iyun) Seyid Həsən Nəsrullahın sözləri ilə müşayiət olunan bir video paylaşıb. Videoda İsrail rejiminin xəritəsində vurulacaq həssas yerlər göstərilir və Seyid Həsən Nəsrullahın aşağıdakı sözləri - ivrit tərcməsi ilə birlikdə - fonda göstərilir: “Bu gün təkcə Təl-Əvivi yox, Allahın izni və köməyi ilə işğal edilmiş bütün Fələstindəki həssas hədəfləri vura bilərik”.

 

Video Seyid Həsən Nəsrullahın sözləri ilə bitir: “Yolu bağlamaq üçün nə edirsinizsə edin, o iş artıq tamamdır!”

Hizbullah liderinin bu sözü ilə İsrail rejiminin Hizbullahın həssas raketlər əldə etməsinin qarşısını almaq üçün Suriyadakı hədəflərə hücum etməsini nəzərdə tutduğu bildirilir.

Bu mesajın sionist rejimin təhlükəsizlik bölmələri və sionistlər arasında böyük narahatlığa səbəb olduğu qeyd olunur.

 

Deyerler.org/Giperssilka.ru