Sionist təhlilçi: “Biz İrana hərbi zərbə vurmağa qadir deyilik”

Sionist təhlilçi: “Biz İrana hərbi zərbə vurmağa qadir deyilik”

Giperssilka.ru YJC-ya istinadən xəbər verir ki, sionist analitik Yus Melman hesab edir ki, Təl-Əvivin İrana qarşı hərbi zərbə endirmək imkanı yoxdur:

"Əgər bu hücum baş verərsə, uğursuzluğa düçar olacaq. Bundan əlavə, beynəlxalq aləmdə sərt qınağa, hətta sionist rejimə qarşı sanksiyalar kimi fəlakətli nəticələrə səbəb olacaq. İsrailin İranın nüvə proqramına hərbi zərbə vurmaq imkanı yoxdur. Bu hücumun işğalçı rejim üçün ağır nəticələri olacaq".

O, Təl-Əvivin məsul şəxslərinə İranın nüvə proqramına qarşı mübarizədə daha cəsarətli strategiya seçməyi təklif edib, çünki sionist rejimin indiyədək həyata keçirdiyi strategiya və siyasətlər uğursuzluğa düçar olub:

"İranın nüvə proqramı ilə mübarizənin ən yaxşı yolu İsrailin ABŞ-la nüvə çətiri mövzusunda razılığa gəlməyə çalışması və bunu ictimaiyyətə çatdırmasıdır".

O, indi Vyanada İran və böyük dövlətlər arasında nüvə müzakirələrinin bərpası ilə bu strategiyaya ehtiyac olduğuna işarə edib. O əlavə edib ki, nüvə çətiri təklifi ABŞ-ın müttəfiqləri və sionist rejimi, yəni Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyni də əhatə edəcək şəkildə genişləndirilə bilər.

"Nüvə çətiri o deməkdir ki, İranın İsrailə qarşı istənilən nüvə təhlükəsi, hətta gizli olsa da, Cənubi Koreya öz nüvə rəqibi Şimali Koreya ilə üzləşdiyi kimi, ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etmək hədəsi ilə qarşılanacaq. Nüvə çətiri İranın nüvə proqramına və nüvə silahının inkişafı riskinə qarşı çəkindirmənin əsas təminatıdır".

Giperssilka.ru