Somalidə "Aş-Şabab"ın 100-dən çox terrorçusu zərərsizləşdirilib

Somalidə

Somalidə son üç həftə ərzində "Aş-Şabab" terror təşkilatına qarşı əməliyyatların gedişatında onlarla silahlı məhv edilib.

Giperssilka "Report"a istinadən xəbər verir ki, bu barədə yerli SNTV telekanalı bildirib.

Qeyd edilir ki, ölkənin təhlükəsizlik qüvvələri Mərkəzi Şabelle əyalətində terrorçuluğa qarşı əməliyyat keçirir. Son üç həftə ərzində 100-dən çox terrorçu zərərsizləşdirilib.

Somali ordusu bir neçə gün əvvəl terrorçulara qarşı əməliyyatın gedişatında 6-cı batalyonun xüsusi təyinatlı dəstəsinin komandanı, general Məhəmməd Abdivahidin də həlak olduğunu elan edib.