Sudan İslami Hərəkatının həbsdə olan baş katibi vəfat edib

Sudan İslami Hərəkatının həbsdə olan baş katibi vəfat edib

Sudan İslami Hərəkatının həbsdə olan baş katibi Əz-Zübeyr Əhməd -əl-Həsən cümə günü zindanda vəfat edib.

Giperssilka Maide.Az-a istinadla xəbər verir ki,  bu barədə Əhməd-əl-Həsənin ailəsi məlumat verib.

"Xəstəlikdən əziyyət çəkən baş katibin səhhəti pisləşəndən sonra dövlət qrumları onu Kubar mərkəzi həbsxanasından Xartum polis xəstəxanasına çatdırsalar da  Əl-Zubeyrin həyatını xilas etmək mümkin olmayıb".

Mərhum Əl-Zubeyr 2012-ci ildən Sudan İslami Hərəkatının baş katibi idi. O, 2019-cu ildə hərəkatın digər bir neçə üzvi ilə birlikdə həbs olunmuşdu.