Suriya Rusiyadan “Miq-29”ları qəbul etdi

Suriya Rusiyadan “Miq-29”ları qəbul etdi Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu Rusiyadan təkmilləşdirilən “Miq-29” qırıcılarının ikinci partiyasını alıb. Bu barədə Rusiyanın Dəməşqdəki səfirliyi öz “Tvitter” səhifəsində məlumat verib.
Təyyarələrin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində verildiyi qeyd olunur. Diplomatların məlumatına əsasən, suriyalı pilotlar artıq bu təyyarələrdə uçmağa başlayıblar.
Xatırladaq ki, Suriyada münaqişənin başlanmasından öncə bu ölkə 1980-ci illərdə aldığı onlarla “Miq-29” təyyarəsinə sahib olub.
Eastnews.org/Deyerler.org