Suriyada ABŞ əsgərlərinə hücum edildi

ABŞ ordusuna məxsus hərbi patrul xidməti əməkdaşları Suriyada hücuma məruz qalıblar.

Suriyada ABŞ əsgərlərinə hücum edildi

GSS Eastnews.org-a istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi SANA agentliyi

xəbər yayıb. Xəbərə görə, ABŞ ordusuna məxsus hərbi patrul xidməti əməkdaşları Suriyada hücuma məruz qalıblar. Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır, hadisə Hasəkə vilayətində baş verib və bəzi ABŞ əsgərləri də yaralanıb. Vilayətdə yerləşən Ruveyşid kəndi yaxınlığında baş verən hadisənin kimlər tərəfindən törədildiyi bilinmir.