Suriyada terror aktı nəticəsində 10 neftçi ölüb

Suriyada terror aktı nəticəsində 10 neftçi ölüb

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətinin Əl-Hərrat neft yatağında azı 10 işçi terror aktı nəticəsində həlak olub, bir nəfər yaralanıb.  

SANA agentliyi xəbər verir ki, işçiləri daşıyan iki kiçikhəcmli avtobus İŞİD-in terror hücumuna məruz qalıb.  

Hadisənin digər təfərrüatları açıqlanmayıb.  

Deyr əz-Zor vilayətinin qubernatoru Fadel Nəcar hücumu müəssisə və fabriklərin bərpasına mane olmaq cəhdi kimi qiymətləndirib. 

Giperssilka.ru