Suriyalılar ABŞ əsgərlərini kəndlərindən qovdular VİDEO

Suriya Ərəb Xəbər Agentliyi (SANA) Hasəkə vilayətinin (Suriyanın şimal-şərqində) Farfarah kəndinin sakinlərinin ABŞ patrul maşınlarının kəndlərinə girməsinə mane olduqlarını bildirib.

Giperssilka Deyerler.org-a istinadən xəbər verir ki, SANA-nım paylaşdığı videoda suriyalılar ABŞ əsgərlərini itələyir və onlara deyir: “Bura bizim torpaqlarımızdır! Ya Allah! Gedin buradan!”

Videodakı bir kəndli isə qışqıraraq, belə deyir: “Neftimizi oğurlamısan, buğdamızı oğurlamısan”.

Videonun başqa bir hissəsində bir Suriya vətəndaşı, ABŞ əsgərlərinin kənddən çıxmasından sonra deyir: “ABŞ siçanları rədd olub gedir”.