Taliban BMT-ni təkzib etdi: “Heç kim acından ölməyib”

Taliban BMT-ni təkzib etdi: “Heç kim acından ölməyib”

Taliban hökuməti BMT-nin Əfqanıstanda milyonlarla insanın aclıqdan əziyyət çəkməsi barədə məlumatını rədd edib.

Giperssilka.ru Axar.az-a istinadən xəbər verir ki, bu bəyanatla Əfqanıstanın baş nazir müavini Abdul Salam Hənəfi çıxış edib:

“Mən Dünya Ərzaq Proqramının bu məlumatı ilə razı deyiləm və əfqan xalqı da bunun yalan olduğuna inanır. Hələ Əfqanıstanda heç kim acından ölməyib”.

Qeyd edək ki, dekabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Əfqanıstana humanitar yardım ayrılmasının vacibliyini vurğulamışdı.