Taliban Əfqan Ordusuna məxsus helikopteri vurduğunu iddia edir

Taliban Əfqan Ordusuna məxsus helikopteri vurduğunu iddia edir

Giperssilka "ABNA"ya istinadən xəbər verir ki, Taliban Əfqanıstan hökumətinin bir helikopterini Helmənd vilayətinin Nad Əli şəhərində vurduğunu iddia edib.

Ancaq 215-ci Meyvənd Diviziyası dünən gecə ərazidəki hərbi əməliyyat zamanı texniki problem olduğu üçün helikopterin təcili eniş etdiyini bildirib.

215-ci Meyvənd Diviziyasının bildirdiyinə görə, helikopterdəkilərə zərər dəyməyib. Bütün sərnişinlər ərazini tərk edib, helikopter isə sıradan çıxıb.

Giperssilka.ru