Taliban qadınlarla bağlı yeni qərar qəbul edib: Onları ərə getməyə məcbur etmək olmaz

Taliban qadınlarla bağlı yeni qərar qəbul edib: Onları ərə getməyə məcbur etmək olmaz

"Qadını istər birinci evliliyi olsun, istərsə də dul olsun ərə getməyə məcbur etmək olmaz."

Giperssilka SalamNews-a istinadla xəbər verir ki, bu barədə Taliban (Rusiyada qadağan olunmuş) hərəkatının lideri, “Əfqanıstan İslam Əmirliyinin” əmiri Hibətulla Axundzadə göstəriş verib.

Taliban liderinin yeni göstərişini ehtiva edən bəyanat ölkənin əyalət rəhbərlikləri və valilərinə çatdırılıb.

Bildirilib ki, qadını istər birinci evliliyi olsun, istərsə də dul olsun ərə getməyə məcbur etmək olmaz.

Talibanın qadınlarla bağlı yeni qərarında onların işə getmələri və ali təhsil almaqları ilə bağlı yeni göstəriş yer almayıb. Əfqanıstanda və xaricdə bir səra hüquq təşkilatları yeni qərarın kafi olmadığını bildiriblər.

Giperssilka.ru