Tanınmış Nardaran ağsaqqalı Milli Şuranı tərk etdi: "Qırmızı xəttim var, onu hec vaxt aşmamışam, aşmaram da"

Nardaranın tanınmış ağsaqqallarıdnan Kərbəlayi Natiq Kərimov da Milli Şuranı tərk etdiyini açıqlayıb.

Tanınmış Nardaran ağsaqqalı Milli Şuranı tərk etdi:
Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov

Son günlər kinodramaturq, ziyalı Eldəniz Quliyevin ardınca Milli Şuradan qopmalar davam edir. İyunun 11-də qurumun digər tanınmış simalarından olan Qarabağın Azadlığı Urğunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli istefa verib.

Giperssilka.ru xəbər verir ki, MŞ istefalarına tanınmış Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov da qatılıb. Bu barədə N.Kərimov sosial şəbəkədəki profilində bəyanat yayıb. K.Natiq istefa bəyanatında vurğulayıb ki, onun qırmızı xətləri var və bu xətləri hər nə olursa-olsun, heç zaman keçməyəcək.

"Milli Sura təsis edilərkən biz H.Rövşənlə birlikdə MS-ya daxil olduq və ümüd edirdik ki mübarizəmizi bu qurumda davam edə biləçəyik. Həcınin dediyi kimi, elə təsis konfransında aramızda olan fərqi, yəni gələcəkdə yarana biləçək baxış buçağını hiss etdik. İndi təfərrüata varmaq istəmirəm. H.Rövşən cıxışında hər şeyi dedi. Heyif ki, istədiyimiz olmadı. Hamı bilir ki mən AİP-nın (Azərbaycan İslam Partiyası, - red.) yarandığı gündən üzvü olmuşam, indi də üzvüyəm. İslami kimliyimlə siyasi mübarizənin icində olmuşam, indi də varam. Mənim üçün qırmızı xətlər var, onu hec vaxt aşmamışam, aşmaram da. Mən də MŞ-dan istefa edirəm." 

- deyə Naradaran ağsaqqalı Kərbəlayi Natiq istefa bəyanatında bildirib. 

 

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura prezident seçkiləri ərəfəsində 2013-cü il 7 iyunda təsis olunub.

Təşkilatın son aylarda ölkə əhalisinin köklü ənənələri və milli-mənəvi dəyərləri ilə daban-dabana zidd olaraq üzdəniraqları ciddi cəhdlə müdafiə etməsi ciddi etirazlara səbəb olub. Azərbaycanın tanınmış ruhani və ziyalılarından Hacı İlqar İbrahimoğlu qurum sədri Cəmil Həsənlinin üzdəniraqlarla bağlı mövqeyinə etiraz bəyanatları yayıb. 

Xatırladaq ki, ziyalı Eldəniz Quliyev də MŞ-nın daxili iclaslarından birində qurumun üzdəniraqlarla bağlı mövqeyinə etiraz edib və daha sonra MŞ-ni tərk edib.   

 

Giperssilka.ru