Tanınmış Türk cərrah ABŞ Senatına namizədliyini irəli sürüb

Tanınmış Türk cərrah ABŞ Senatına namizədliyini irəli sürüb

 

Mehmet Öz Pensilvaniya ştatından Respublikaçılar Partiyasından Senata namizədliyini irəli sürəcək.

Giperssilka.ru "Shafaqna"ya istinadən xəbər verir ki, “Washington Examiner”ə müsahibə verən 61 yaşlı Doktor Öz belə bir qərara nə üçün qəldiyini bildirib:

“Hökumətimizə və bir-birimizə qəzəblənirik. Böhranları keçmiş nəsillər qədər effektiv idarə edə bilməmişik. Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı siyasətlə təbabəti qarışdırdıqda problemin həllindən daha çox siyasətin ön planda  olduğunu  müşahidə etdim. Bu səbəbdən problemlərin həllinə və sağalmalığa töhfə vermək üçün ABŞ Senatına namizədliyimi irəli sürdüm”.

ABŞ-da Covid-19 səbəbiylə 750 mindən çox insanın həyatını itirdiyini, lakin bu ölümlərin qarşısının almağın  mümkün olduğunu ifadə edən Öz, "ABŞ epidemiyaya qarşı mübarizədə dünya lideri olmalı idi" deyib.