Tbilisidə “Qüds İbrahimi dinlərin ortaq mirasıdır” adlı seminar keçirilib

Tbilisidə “Qüds İbrahimi dinlərin ortaq mirasıdır” adlı seminar keçirilib
Tbilisidə “Qüds İbrahimi dinlərin ortaq mirasıdır” adlı seminar keçirilib
Tbilisidə “Qüds İbrahimi dinlərin ortaq mirasıdır” adlı seminar keçirilib

Giperssilka xəbər verir ki, Gürcüstanın dini qurumları tərəfindən təşkil edilən və bu ölkənin Əhli-beyt icmasının ev sahibliyi etdiyi adı keçən seminarda Allah kəlamlarından ayələr tilavət olunub.

Sonra Əhli-beyt icmasının rəhbəri Hacı Rasim Məhəmmədov qonaqları salamladıqdan sonra, Qüdsün əhəmiyyəti mövzusunda çıxış edib.

Daha sonra İranın Gürcüstandakı səfiri cənab Qasimi, bu seminarın İmam Xomeyninin vəfatının 32-ci ildönümü ilə üst-üstə düşməsini çox xoşbəxt bir hadisə kimi qiymətləndirdi və Fələstin müqavimətinin 12 günlük müharibədəki qələbəsinin bu seminarın təşkil ediləməsinin əsas səbəbi kimi vurğulayıb.

İran səfiri, sionist rejimin işğalçılıq tarixini, habelə  Fələstin və Livanda xalq mübarizələrinin meydana gəlməsini işarə edərək, İran İslam Respublikasının Fələstini tam dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Sonda qarşılıqlı mübarizənin, işğalçılığa qarşı mübarizə və müqavimət xaricində heç bir şəkildə aradan getməyəcəyinə işarə edib.

Gürcüstan parlamentinin üzvü Targil Nakalidze çıxış edib. O, bu seminarda iştirak etdiyi üçün çox xoşbəxt olduğunu söyləyib.:

“Güclü insan o insandır ki, güclü silahdan çox güclü bir nitqə və dilə sahib olmuş olsun. İsrail bombaları altında Fələstin xalqının öldürülməsini pisləyirəm və düşünürəm ki, bu qırğında digər müsəlman ölkələrinin də payı vardır”.

Daha sonra Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Dr. Yusifzadə, İman Müəssisəsinin rəhbəri Hac Namiq Hüseynov, Rusiyanın Dağıstan Respublikasının İmam-cüməsi Hacı Abdar İbrahimov və Türkiyə Ruhanilər Birliyinin katibi Kadir Akaras da çıxış edib.

Proqramın sonunda İmam Xomeyninin gürcü dilinə tərcümə olunmuş və çap edilmiş şeirlərindən ibarət bir kitab təqdim olunub. Seminar son bəyanatın oxunması və sionist rejimin cinayətlərinin qəti şəkildə pislənməsi və məzlum Fələstin xalqının və müqavimətin hərtərəfli dəstəyi ilə sona çatıb.

Giperssilka.ru