Təbriz imam-cüməsi Seyyid Alehaşem: "Asiya ölkələri qarşılıqlı sıx münasibətlərdə olmalıdırlar" EKSKLÜZİV MÜSAHİBƏ FOTO-VİDEO

Giperssilka.ru bildirir ki, Ali Məqamlı Rəhbər, İmam Seyyid Əli Xamenei cənablarının Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, qədim Təbrizin imam-cüməsi Ayətlullah Seyyid Məhəmməd Əli Alehaşem sayta  eksklüziv müsahibə ilə çıxış edib. Cənab Seyyid Alehaşem söhbətlərində müqəddəs üçayların insan həyatında və İslam aləmindəki yeri, İmam Hüseynin (ə) Aşura qiyamının əsas hədəfi, ABŞ İsraildən bəzi müsəlman ölkələrinə, xüsusən də Azərbaycana ixrac edilən pantürkizm cərəyanına, bu cərəyanın TəbrizTəbriz xalqı üzərində oynamaq istədiyi oyunlara, ikinci Qarabağ müharibəsində İmam Xameninin və onun bir sıra nümayəndələrinin tutduqları mövqelərə, bu müharibədəki Azərbaycan gəncliyinin roluna, müharibə boyu pərdəarxası oyunlar və bu oyunları quranların əsas məqsədlərinə, Müqavimət Cəbəhəsi və onun gələcəyinə dair vəziyyətə, eləcə də İranda keçirilən son prezident seçkilərinə və bir sıra digər mövzulara münasibət bildirib. 

Saytın təsisçi və baş redaktoru Mehdi Fərəclə müsahibə boyu Ayətullah Seyyid Alehameş həmçinin İmam Xamenei cənablarının RF prezidenti cənab Putinə yazdığı ilk və son məktubu şərh edib, regionun Rusiya, Azərbaycan, İran Türkiyə kimi ölkələrinin qarşlıqlı münasibətləri təhlil edib.   

Sonda Seyyid Məhəmməd Əli Alehaşem bölgə ölkələrinin müsəlmanlarına və xalqlarına səslənib. 

P.S. Bir sıra texniki səbəblərdən dolayı tədqim edilən videomaterial izləyicilərə bir müddət gec təqdim olunur. Əlimizdə olmayan bu səbəblərdən dolayi redaksiya heyəti əziz izləyicilərindən üzr istəyir. 

 

Giperssilka.ru