TƏCİLİ: Bağdadda ABŞ səfirliyinin yanına raket zərbələri endirilib VİDEO

TƏCİLİ: Bağdadda ABŞ səfirliyinin yanına raket zərbələri endirilib VİDEO
Bağdad, Yaşıl Zona (arxiv fotosu)

Giperssilka.ru İraq mənbələrinə istinadən xəbər verir ki, paytaxt Bağdadda yerləşən ABŞ səfirliyi yanında partlayışlar baş verib. Hadisə 10 iyun 2020-ci il tarixdə gecə saatlarında baş verib. Məlumatlara əsasən, səfirlik yaxınlığa bir neçə raket düşüb.

Hadisə nəticəsində ölənlərin olmadığı bildiririlir. 

Xatırladaq ki, 15 iyun tarixindən İraq və ABŞ arasında İraqdakı Amerika hərbi qüvvələrinin statusuna dair strateji danışıqlar başlayacaq. Raket zərbələri danışıqlara bir neçə gün qalmış reallaşıb. 

Qeyd edək ki, raketlər Bağdadda "Yaşıl zona" adlanan əraziyə düşüb. "Yaşıl zona" ABŞ-ın 2003-cü ildə İraq işğalından sonra Bağdadda əlahiddə təsis edilmiş zonadır ki, həmin dövrdə bu ərazi qapalı zona hesab olunurdu. Ərazi amerikan işğalı boyu faktiki olaraq geniş ictimaiyyət üçün bağlı ərazi olub. 2009-ci ildə ərazi İraq hakimiyyəti tərəfindən geri alındıqdan sonra "yaşıl zona" tədricən cəmiyyət üçün açıq əraziyə çevrilib. 

Giperssilka.ru