TƏCİLİ: Ənsarullah Səuduyyə paytaxtını bombalayır, ABŞ səfirliyi açıqlama yaydı FOTO/VİDEO YENİLƏNİB

Giperssilka xəbər verir ki, "Ənsarullah"ın davam edən hücumları fonunda ABŞ-ın Ər-Riyaddakı səfirliyi əməkdaşlarına xəbərdarlıq bəyanatı yayıb. "Mühafizə xəbərdarlığı: "Riyada raket və ya dron hücumuna diar xəbər" başlıqlı mətndə deyilir: "Riyadda bir binaya raket və ya dron zərbəsinin endirilməsi barədə xəbərlər var. İndiyədək itkilərlə bağlı hər hansı məlumat daxil olmayıb. Diplomatik missiya Amerika vətəndaşlarını mümkün ola biləcək hücum qarşısında tədbirli olmaq üçün dərhal hazırlıqlar aparmağa və irəlidəki əlavə hücumlara qarşı ayıq-sayıq olmağa çağırır...

ABŞ Səudiyyə Ərəbistanı səfirliyi, 23 iyun 2020."

Описание: C:\Users\User\Desktop\ВОССТВНОВЛЕНО\Мехди\Downloads\gss umumi foto\6 01\06 23\Снимок.PNG

ABŞ-ın Riyaddakı səfirliyinin xəbərdarlıq mətni

Xəbərdarlığın "Görülməli işlər" bölümündə Ənsarullah-ın yeni bir hücumu ola biləcəyi təqdirdə edilməlilər göstərilir. 

Giperssilka.ru 

 

2020-06-23 01:47:54

TƏCİLİ: Ənsarullah Səuduyyə paytaxtını bombalayır FOTO/VİDEO  

Giperssilka.ru xəbər verir ki, Yəmənin Ənsarullah yerli özünümüdafiə təşkilatı pilotsuz təyyarələrlə Səudiyyə rejiminin paytaxtı Ər-Riyada zərbələr endirib. Krallığın rəsmi xəbər agentliyi bir qədər əvvəl Yəmən müqavimətinin bu hücumlarını təsdiqləyən xəbər yayıb. Xəbərdə iddia edilir ki, Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələrinin rəsmi nümayəndəsi polkovnik Türki əl-Maliki etiraf edib ki, krallıqdakı bəzi obyektlər Yəmən pilotsuzları vasitəsilə bombardmana tutulub. Əl-Maliki bildirib ki, təyyarələrdən bəzilərinə müdaxilə edilə bilib, lakin qalanları hələ də hücuma davam edir, işğalçı koalisiya qüvvələri onların hərəklərini izləyir.

https://vid.alarabiya.net/images/2019/09/19/90e604ef-261a-435f-a234-ba7499ca5c22/90e604ef-261a-435f-a234-ba7499ca5c22_16x9_600x338.JPG

Səudiyyəyə yaxın mənbələr zərbələrin paytaxt Ər-Riyada endirilmədiyinə israr etsələr də, müqavimət mənbələri zərbələrin birbaşa Ər-Riyada endirildiyini bildirir. İyunun 22-dən 23-ə keçən gecə başlayan əməliyyatlar çərçivəsində əsasən ABŞ və Səud koalisiya qüvvələrinin hərbi bazaları atəşə tutulub. Belə bazalardan biri də Maribdəki xüsusi mənzil-gərargah olub.      

Sosial şəbəkə istifadəçiləri zərbələr anında çəkilmiş bir neçə foto və video materiallar paylaşıb.

Giperssilka.ru