TƏCİLİ: İzzətdin Əl-Qəssam: "Aşkelona 100 raket zərbəsi endirəcəyik " YENİLƏNİR6

TƏCİLİ: İzzətdin Əl-Qəssam:
Qəzzə bu dəqiqələrdə - 00:34 / 14.05.2021
TƏCİLİ: İzzətdin Əl-Qəssam:
TƏCİLİ: İzzətdin Əl-Qəssam:
TƏCİLİ: İzzətdin Əl-Qəssam:

Giperssilka.ru "Qüds"ə istinadən xəbər verir ki, HƏMAS hərbi qanadı İzzətdin Əl-Qəssam bu dəqiqələrdə İsrailə 100 raket zərbəsi endirəcəyini açıqladı. "İsrailin Qəzzəda mülki obyektləri və infrastrukturu hədəfə almasına cavab olaraq işğal altındakı Aşkelona 100 raket zərbəsi endiririk", - deyə açıqlamada bildirilir.

Məlumatı işğalçı rejimin mənbələri də yayınlayıb. 

 

  

 

 

Yenilənir...  

Giperssilka.ru

 

- - - - - - - - - - - 

2021-05-14 03:56:55

TƏCİLİ: Fələstinə qarşı İsrailin bu gecə başladığını hücumda həyatını itirən uşaqların sayı 30-a yaxınlaşır YENİLƏNİR5

Giperssilka  xəbər verir ki, bu gecədən başlayan işğalçı hücumlar nəticəsində Fələstin tərəfdən 110 nəfər şəhid olub, onlardan 29-u uşaq olmaqla 15 nəfəri qadındır.  

Yenilənir...  

 

Giperssilka.ru

 - - - - - - - - - 

2021-05-14 03:50:20

TƏCİLİ: Fələstin Müqaviməti Aşdod və Aşkelona cavab zərbələri endirir YENİLƏNİR4

Giperssilka Qüds agentliyinə istinadən xəbər verir ki, Fələstin müqavimət qüvvələri sionist işğalı altındakı Aşdod və Aşkelon rayonlarına raket zərbələri endirib. Aşkelonda hava zərbələrindən sonra elektrik enerjisi təminatı kəsilib. HƏMAS İsrailə cavab zərbələri endirməyə davam edir.   

 

Yenilənir...  

 

Giperssilka.ru

- - - - - - - - 

2021-05-14 03:26:56

 

Şəhid Əbu Əli Mustafa Briqadası İsrailə zərbərlər endirməyə başladı

  

Giperssilka Əl-Mənara istinadən xəbər verir ki, Şəhid Əbu Əli Mustafa Briqadası İsraillə döyüşə başladıqlarına dair açıqlama yaydı. Açıqlamada deyiir: “Müqavimət Qəzzanın şimalındakı barbar bombardmanına ilk cavab olaraq sionist işğalı altındakı şəhər və qəsəbələrə kütləvi raket zərbələri endirməyə başladı”.

Şəhid Əbu Əli Mustafa Briqadası Fələstin Azadlıq Təşkilatının hərbi qanadıdır, əsasən Qəzzədə fəaliyyət göstərir.

 

Giperssilka.ru

 

- - - - - - - - 

 

2021-05-14 02:53:45

 

Giperssilka xəbər verir ki, hazırda Qəzzə işğalçı qüvvələr tərəfindən fasiləsiz bombardman altındadır. Cavab zərbələri endirən Fələstin müqaviməti sionist işğalı altındakı Aşkelona intensiv raket zərbələri endirməkdədir.

Fələstin qüvvələri işğalçı rejimin hərbi hissələrini sionist məskunlaşma yerlərini vurmaqdadır.

   

Yenilənir...  

Giperssilka.ru

 

- - - - - - - - - - - 

 

2021-05-14 02:26:50

 

Giperssilka xəbər verir ki, işğalçı qüvvələr Qəzzaya qarşı tanklardan, artilleriya, qırıcılardan və digər hərbi hava döyüş texnikasından istifadə etməklə hücuma başlayıb. Ekspertlərə görə, bu əməliyyat təkcə Qəzzaya yerüstü müdaxilə deyil, həm də quruda təmas xəttinin radiusunun genişləndirilməsidir.

 

Bəzi mənbələr Livanda İsrailə 3 raket atılıdğını və bunun Hizbullah tərəfindən xəbərdarlıq siqnaı olduğu bildirilir. Mənbəyə görə, Hizbullah işğalçılardan bu hücumun dərhal dayandırılmasını, həmçinin bu hücumda qadağan olunmuş hər hansı silahın istifadəsi zamanı dərhal əməliyyatlara başlayacağını bildirib.

 

Fələstin mənbələri bildirir ki, bu hucum zamanı dəqiqə ərzində Qəzzəyə 50-dən artıq raket atılıb.

 

Yenilənir...  

Giperssilka.ru

 

 

- - - - - - - - - - - - - - -  

 

2021-05-14 00:42:17

 

Giperssilka xəbər verir ki, təqribən 30 dəqiqə əvvəl İsrail havadan vertolyoltar, qurudan isə quru qoşunları iulə Qəzzənin şimal və qərb istiqamətlərindən şiddətli hücuma başlayıb.

YENİLƏNİR...

Giperssilka.ru