Tehranda baş verən partlayışın səbəbi açıqlandı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, İranın paytaxtı Tehran şəhəri ərazisində ötən gecə güclü partlayış müşahidə edilib.  

Bu barədə İran KİV-ləri məlumat verib. Məlumata əsasən, Tehranın şərqində müşahidə olunan bir neçə saniyəlik işıqlanmaya səbəb qaz rezervuarlarında baş verən partlayış olub.  

Baş verən hadisənin hərbi obyektlərlə heç bir əlaqəsinin olmadığı qeyd edilib.  

Xatırladaq ki, ötən axşam Tehranda baş verən partlayışın hərbi baza ərazisində baş verməsi şayiələri yayılmışdı.  

Eastnews.az/Giperssilka.ru