Tiflis Bakı ilə birgə Su-25 istehsal edə bilər

Gürcüstan Azərbaycanla birgə Su-25-lərin istehsal imkanlarını genişləndirə bilər.

Tiflis Bakı ilə birgə Su-25 istehsal edə bilər
SU-25

Axar.az xəbər verir ki, bunu “Rezonans” qəzetinə müsahibəsində gürcü hərbi ekspert Vaxtanq Maisaya deyib.

 

“Hərbi təyyarələrin istehsalının yenilənməsi məsələsi ilə Ukrayna ilə əməkdaşlıq edəcəyik. Ukraynanın yaxşı aviasiya sənayesi var. Bu sfera Azərbaycanla da birgə inkişaf etdirilə bilər. GUAM-ın potensialından da istifadə etmək olar”, – deyə o bildirib.

 

Qeyd edək ki, bundan öncə Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvili Su-25-lərin istehsalı üçün ölkədə bütün resursların olduğunu demişdi.

Giperssilka.ru