Tramp Con Boltonu səriştəsiz və yalançı adlandırıb

Tramp Con Boltonu səriştəsiz və yalançı adlandırıb


ABŞ Prezidenti Donald Tramp Senatda dəstəklənməyən Con Boltona şans verdiyini açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə D. Tramp "Twitter"də bildirib.

“Mən həmişə fərqli fikirləri dinləməyi xoşlayıram. Daha sonra onun (Con Bolton-red) çox səriştəsiz və yalançı olduğu meydana çıxdı. Hakim rəyinə baxın!”, - deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Boltonun memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar yer alıb.

 

Giperssilka.ru