Trampın müzakirə təklifinə İran rəsmisindən maraqlı cavab: Hələ özünü xilas et!

İran rəsmisi, İİR Məsləhət Şurasının katibi Möhsün Rezai ABŞ prezidenti Donald Trampın danışıq təklifinə maraqlı cavab verib.

Trampın müzakirə təklifinə İran rəsmisindən maraqlı cavab: Hələ özünü xilas et!

Giperssilka.ru İslaminSesi.info-ya istinadən xəbər verir ki,  Möhsün Rezai öz Twitter hesabında Trampa bataqlıqda boğulduğunu xatırladıb:

 

“Tramp deyir ki, gəlin indi mənimlə danışıqlar aparın... Sənilə müzakirə zəhər kimidir... Özünü qərq etiyin bataqlıqdan çıxsan belə... Sən özün hazırda batqlıqdasan!”

 

 

Xatırladaq ki, Tramp bir gün öncə öz Tvitter hesabı üzərindən ABŞ-ın sabiq hərbçisi Maykl Vaytın azad edilməsi ilə əlaqədar İrana təşəkkür edərək, danışıqlara dəvət etmişdi:

“Maykın evə qayıtması çox gözəldir. O yeni gəlib. Mən çox həyəcanlıyam. İrana təşəkkür edirəm. ABŞ seçkilərindən sonra böyük razılaşmaların olacağını gözləməyin.  İndi daha yaxşı bir razılığa gələ bilərsiniz!”

 

 “Mən iş başına gəldiyim gündən bəri 40-dan çox Amerikalı girov və məhbusu evinə gətirmişik. Sağ ol İran! Bu qarşılıqlı razılaşmanın mümkün olduğunu göstərdi.”

 

Qeyd edək ki, İran tərəfi isə hər zaman Trampa güvənin olmadığını, sanksiyaların ləğv edilməyəci təqdirdə heç bir danışıqların olmayacağını bildirib.

Giperssilka.ru