Tunis ordusu parlament binasını və dövlət televiziyasını mühasirəyə alıb

Tunis ordusu parlament binasını və dövlət televiziyasını mühasirəyə alıb

Tunis Baş naziri Hişam Əl-Məşişinin prezident Qeys Səid tərəfindən devrilməsindən sonra Tunis silahlı qüvvələri paytaxtdakı parlament binasını mühasirəyə alıb.

Giperssilka.ru xəbər verir ki, ordu və təhlükəsizlik qüvvələri komandiri ilə görüşdə prezident Q.Səid daha sonra təyin ediləcək yeni baş nazirin köməyi ilə hakimiyyəti ələ aldığını söyləyib. 

Tunis prezidenti həmçinin bütün parlament üzvlərinin toxunulmazlığını ləğv edəcəyini açıqlayıb. 

Qeyd edək ki, Tunisin bir sıra şəhərlərində etirazçılar hökumətin devrilməsini tələb edərək yürüş ediblər. Rəşid Əl-Qanuşinin rəhbərlik etdiyi Ən-Nəhda partiyasının bəzi ofislərinə etirazçılar hücum edib.

Yerli qəzetin yazdığına görə, Tunis prezidenti Rəşid Əl-Qanuşi və digər 64 millət vəkilinin ölkədən çıxmasına qadağa qoyub. Bunun əksinə olaraq, Ən-Nəhda Partiyasının lideri və Tunis parlamentinin sədri Rəşid Əl-Qanuşi də prezidenti konstitusiyaya və inqilaba qarşı çevriliş etməkdə günahlandırıb.

Giperssilka.ru