Türkiyə Avropa İttifaqına etiraz edib

Türkiyə Avropa İttifaqına etiraz edib

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa İttifaqının Yunanıstanın paytaxtı Afinada keçirilən zirvə görüşünə münasibət bildirib.

Giperssilka "Report"a istinadən xəbər verir ki, o, toplantıda qəbul edilən bəyanatın əvvəlki illərdə olduğu kimi qərəzli, vicdansız və həqiqətə uyğun olmadığını deyib.

Qeyd edək ki, Afinada Cənubi Avropa Ölkələri Zirvəsi (MED9) görüşü keçirilib. Aİ-nin 9 üzvü - Fransa, Cənubi Kipr, Xorvatiya, İspanya, İtaliya, Malta, Portuqaliya, Slovenya və Yunanistan liderlərinin qatıldığı toplantıda Aralıq dənizinin şərqindəki vəziyyət, Əfqanıstandakı durum və xüsusilə miqrasiya məsələləri müzakirə edilib.