Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri: “Hicablı qızlardan halallıq istəyirik”

Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri: “Hicablı qızlardan halallıq istəyirik”

Giperssilka.ru “ABNA”ya istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri televiziyaya verdiyi müsahibədə partiyasının keçmiş səhvlərinə görə bu ölkənin baş örtülü qızlarından halallıq istəyib.

Kamal Kılıçdaroğlu bu yaxınlarda partiyasının keçmiş hərəkətlərinə görə xalqdan halallıq almağın vacibliyini vurğulamışdı. O, ən çox kimdən halallıq istəyirsiniz sualına belə cavab verib:

“Biz cəmiyyətdən və baş örtülü qızlardan halallıq tələb edirik”.

O, həmçinin “Sizcə, niyə ən çox örtülü qızlardan halallıq almalısınız?” sualına cavab olaraq bildirib:

“Çünki keçmişdə səhv etmişik. Hicablı qızları universitetlərə buraxmayanda və qəbul etməyəndə etiraz etməmişik”.

Qeyd edək ki, Türkiyə Cümhuriyyət Xalq Partiyasının bu ölkədə dindarlarla və baş örtülü qadınlarla münasibətdə pis keçmişi var. Bu partiya yeni yanaşmada geyim formasında qadın azadlığından danışır.

Giperssilka.ru