Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Ərzurum vilayətində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanların episentri Köprüköy bölgəsində qeydə alınıb.

Yeraltı təkanlar 6,9 kilometr dərinlikdə olub.

Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.

 

Trend / Giperssilka