Türkiyədən COVİD-19 və vaksinlərlə bağlı İNANILMAZ İDDİALAR VİDEO 

Giperssilka xəbər verir ki, Türkiyənin mərhum Baş naziri, Milli Görüş Hərəkatının lideri Nəcməddin Ərbakanının oğlu Fatih Ərbakanın rəhbərliyindəki Yenidən Rəfah Partiyası COVİD-19 və vaksinasiya prosesi ilə bağlı mətbuat konfransı keçirib.

Konfransda iştirak edən rəhbərlik və professor heyəti COVİD və vaksinasiya ilə bağlı 76 min elmi məqalənin araşdırılması nəticəsində ortaya bir sıra mühüm iddialar  qoyublar. Onlardan bəzilərini qısa başlıqlarla nəzərinizə çatdırırıq.

Fatih Ərbakan (partiya sədri)

- COVİD-19 laboratoriyada bir neçə virusun birləşdirilməsi nəticəsində yaranmış hibrid virusdur.
- Vaksinlər virusun yeni mutasiyalarının yoluxması üçün zəmin yaradır.
- Vaksinasiya nəticəsində ölümlərin və yoluxmaların sayı daha da artıb.
- mRNA texnologiyasından istifadə edən “Pfizer-Biontech” və digərləri insan hüceyrəsinə birbaşa müdaxilə edərək gələcəkdə qəribə görünüşlü (quyruqlu, tək gözlü, bütün bədəni tüklü, 4 qollu, 4 ayaqlı) uşaqların doğulmasına zəmin yaradırlar. Artıq belə nümunələr görünməyə başlayıb.
- mRNA texnologiyası sayəsində qrafen-oksid maddəsi insan hüceyrəsinə daxil olur. Bu maddə insanlarda bir sıra qalıcı xəstəliklərə və ölümlərə səbəb olur.
- Ötən aylarda Yaponiya Səhiyyə Nazirliyi “Moderna” vaksinində təhlükəli maddə aşkarlayıb və 1,6 milyon doza “Moderna” vaksinini məhv edib. Yaponiya bir neçə gün öncə eyni təhlükəli maddənin “Pfizer”də də tapıldığını açıqlayıb.
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və vaksin istehsalçıları fərqli vaksinlərin eyni adamda istifadəsinin çox təhlükəli olacağını desə də, ölkələr bunun əksini edirlər. Məsələn “Sinovac” + “Pfizer” vurulur.
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 14 sentyabrda rəsmi olaraq vaksinasiyanın virusun qarşısını ala bilmədiyini açıqlayıb:
“Ölkələrin 70 faizinin vaksin olacağı təqdirdə virusun yayılmasının dayanacağını gözləyirdik. Amma əhalisinin 80 faizi 2 doza vaksin olunan ölkələrdə virusun yayılması hələ də davam edir”.

Professor Serhat Fındık:

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başında duran adam həkim deyil və bu təşkilatın tövsiyələri şübhə doğurur.
- Hazırda istifadə olunan bütün vaksinlər 3-cü mərhələni keçməyib. Yəni, bu o deməkdir ki, milyonlarla insan hazırda sınaq üçün istifadə olunur. Bu vaksinlər yalnız təcili istifadə icazəsi ilə insanlara vurulur. Belə olan halda insanlara müxtəlif məhdudiyyətlər tətbiq edərək vaksin vurdurmağa məcburiyyət qarşısında qoymaq insan haqlarına ziddir. Amma kimsə bu sınaqda könüllü şəkildə iştirak etmək istəyirsə, gedib vaksin vurdura bilər. Bir həkim olaraq bu vaksinlərin vurulmasını məsləhət görmürəm.
- Bir vaksinin istifadəyə yararlı hala gəlməsi üçün ən yaxşı halda minimum 6 il vaxt lazımdır. Təkcə 3-cü mərhələnin sınaqları üçün 3 il vaxt lazımdır. Amma pandemiya elan ediləndən cəmi 1 il sonra vaksinlərin istifadəsinə başlanıldı. Vaksinlər 3-cü mərhələni keçməyiblərsə, vaksinin istifadəyə yararlı olması barədə ya yalan danışırlar, ya da əvvəldən əllərində hazır vaksin var idi.
- Vaksin vurdurub sonra ölən insanın yaxını heç kimə şikayət edə bilmir. Çünki vaksin vurduran adam könüllü adı ilə bu vaksini vurdurur və sonradan yarana biləcək bütün fəsadları qəbul edir.
- Koronavirusdan ölənlərlə bağlı hər gün statistika açıqlanır. Niyə görə ölənlərin neçəsinin vaksin vurduran olduğu açıqlanmır? Vaksin vurduranların sonrakı vəziyyəti və onlarda hansı fəsadların yarandığı niyə izlənilmir?
- Vaksinlərin qoruyuculuğunun 95 faiz olduğunu söyləyirlər. Amma həqiqətdə isə 0.84 faizdir. Statistik rəqəmlərlə oyun oynayırlar.
- Uşaqların xəstəliklərə qarşı immuniteti güclü olur. Koronavirusa yoluxsalar da 99.98 faiz halda sağ qalırlar. Artıq uşaqları da vaksin olmağa doğru yönəldirlər. Bundan böyük cinayət yoxdur.
- Tibbin ilk qaydası budur ki, öncə zərər vurma. Amma bu vaksinləri yaradanlar əlava təsirlərin olmayacağına zəmanət vermirlər.
- Vaksinin -70 dərəcədə saxlanılmalı olduğunu açıqlamışdılar. Amma indi 30-40 dərəcə istinin altında saxlanılan yerdə insanlara vaksin vururlar.
- Pandemiyalar vaksinlə ortadan qaldırıla bilməz. Kütləvi immunitet qazanılması nəticəsində pandemiya zəifləməlidir. Koronavirus da 100 faiz sağala bilən xəstəlikdir. Vaksin istifadə edildikdə isə yeni mutasiyaların yaranır.
- Vaksinləmə başlamamışdan öncəki statistika ilə indikini müqayisə edin, indi ölümlər daha çoxalıb.
- Hazırda istifadə olunan heç bir vaksin immunitet formalaşdırmır.
- Hazırda ən çox vaksinləmə ABŞ-da aparılır, amma ən çox yoluxma da ABŞ-dadır. Bu necə olur?
- Xəstələr seçimlərində sərbəstdir. Onu heç bir həkim müalicəyə məcbur edə bilməz. Vaksin olunan insan yoluxa, yoluxdura və ölə bilirsə, onu vaksin vurdurmağa məcbur etmək insan haqlarına ziddir. Əgər bu vaksin yoluxmanın və ölümün qarşısını ala bilmirsə, bunu xəstənin seçiminə buraxmaq lazımdır. Müxtəlif məhdudiyyətlər tətbiq edərək onu vaksin vurdurmağa məcbur etmək olmaz.
- Vaksin vurulan adamların qollarına dəmir yapışmasını yəqin ki, eşitmisiniz. Bu, qrafen-oksid maddəsinə görə belə olur. Bu da insan həyatı üçün ən təhlükəli maddələrdən biridir.
Bu maddəni vaksində istifadə etmələrinin səbəbi budur:
Normalda mRNA insan vücuduna daxil olanda immunitetlə qarşılaşır və həmin an məhv edilir. Amma mRNA dünyada ən bərk metal olan qrafen-oksidlə birlikdə vücuda daxil olduğu üçün bütün hüceyrələrə nüfuz edib onların genetik quruluşunu poza bilir.
- PCR testinin yaradıcısı, amerikalı biyokimyaçı, 1993-cü il Nobel Kimya mükafatının sahibi Kari Mullis pandemiyadan 4 ay öncə evində şübhəli şəkildə ölü tapılmışdı. O, daha öncə verdiyi açıqlamalarda qeyd etmişdi ki, PCR testi xəstəliklərin təyinində rol oynamır. Koronavirus hələ onun ölümündən sonra ortaya çıxdı. Amma o, bu açıqlamanı daha öncə vermişdi.

Bunlar iki sahədə istifadə edilir:
1. Genetik araşdırmalarda
2. Mikroorqanizmlərlə bağlı araşdırmalarda  PCR testlərinin nəticəsi koronavirusla bağlı keçərli deyil. Ona görə də test cavabları çox vaxt yanlış çıxır.
Hətta ÜST özü bu testin keçərsiz olduğunu elan etsə də, 31 dekabr 2021-ci ilə qədər istifadəsini tövsiyə edib. Keçərsiz deyirlər, amma "istifadə edin" deyirlər. Çox gülməlidir.

Bəhs edilən mətbuat konfransını tam şəkildə aşağıdakı linkdən izləyə bilərsiniz.

Giperssilka.ru