Türkiyənin tanınmış xətibi Ömər Döngəloğlu vəfat edib

Türkiyənin tanınmış xətibi Ömər Döngəloğlu vəfat edib
Ömər Döngəlioğlu

Maide.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilahiyyatçı Ədirnəqapı şəhidlik məzarlığında dəfn olunub.

 

Onun koronovirusdan vəfat etməsi haqqında fikirlər səslənir.

 

Qeyd edək ki, Ömər Döngəloğlu Peyğəmbər (ə) Əhli-beytinə xüsusi məhəbbəti olan biri idi. Dəfələrlə efirdə əhli-sünnə məzhəbini Kərbəla şəhidlərinə yas saxlamağa dəvət etmiş, İmam Hüseyn (ə) və övladları üçün göz yaşı tökmüşdü.

 

Xatırladaq ki, son bir ay ərzində Türkiyədə koronovirus səbəbilə ikinci Əhlibeytsevər sünni alimidir ki dünyasını dəyişir. Bundan öncə aprel ayının ortasında  tanınmış Türk ilahiyyatçısı və Əhli-Beyt sevdalısı professor  Haydar Baş vəfat etmişdir.

 

Allah rəhmət eləsin!

 

Giperssilka.ru