Ukrayna prezidentindən İrana qarşı təhdid dolu açıqlamalar

Ukrayna prezidentindən İrana qarşı təhdid dolu açıqlamalar
Ukrayna prezidenti Vladimir Zelenski 

Eastnews.org-un verdiyi xəbərə görə, Ukrayna prezidenti İranın Ukrayna təyyarəsinin vurulması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Kiyevin beynəlxalq məhkəmələrə müraciət edəcəyi ilə təhdid edib.  

Kanada KİV-lərinə verdiyi müsahibədə Ukrayna prezidenti Vladimir Zelenski İranın Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı verdiyi vədlərə əməl etməsi lazım olduğunu bildirib.   "Ümid edirəm ki, nəhayət İran hökumətinin nəticəyə yönəlmiş siyasətinə arxalana bilərik. Qara qutuları bizə qaytarmadıqları üçün deyil, digər vədlər barədə.

Rəsmi üzr istəməlidirlər, kifayət qədər kompensasiya ödəməlidirlər, vəd etdiklərini etməlidirlər. Əks təqdirdə beynəlxalq məhkəmələrə müraciət etməkdən başqa çarəmiz yoxdur və onlar bizim mövqeyimizi biləcəklər", - deyə Zelenski qeyd edib.

Eastnews.az/Giperssilka.ru