Ukraynanın NATO-ya qatılacağı bəyan edildi

Ukraynanın NATO-ya qatılacağı bəyan edildi

Giperssilka Eastnews.org-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski NATO ilə bağlı açıqlama verib.

Vladimir Zelenski açıqlamasında vurğulayıb ki, NATO-ya üzv ölkələrin liderləri Ukraynanın da bu hərbi ittifaqa qatılacağını təsdiqləyiblər.

"Ukrayna üzvlük prosesinin ayrılmaz parçasıdır. NATO-nun Avropa və Atlantik bölgələrində təhlükəsizliyi təmin etməklə bağlı atdığı addımlar təqdirə layiqdir", - deyə Vladimir Zelenski diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya qatılması üçün çox çalışmalı olduğunu açıqlamışdı.