Üləmanın Xanım Rüqəyyənin (ə) müqəddəs hərəmi ilə bağlı şübhələrə cavabları TƏHLİL 

Üləmanın Xanım Rüqəyyənin (ə) müqəddəs hərəmi ilə bağlı şübhələrə cavabları TƏHLİL 

İmam Hüseynin (ə) kiçik qızının Şamda dünyadan köçdüyü və orada dəfn edildiyinə heç bir şübhə yoxdur, hal-hazırdakı ziyarətgah həmin körpə qıza aid edilir.

Giperssilka.ru bildirir ki, tarixi rəvayətlərə əsasən İmam Hüseynin (ə) kiçik qızı vardı və ailəsi ilə birlikdə Kərbəlaya aparıldı. Rüqəyyə (ə) adlı bu qız İmam Hüseynin (ə) məzlum şəhadətindən sonra əsirlər karvanı ilə birlikdə idi və Şamda dünyadan köçüb.

Həzrət Rüqəyyənin (ə) hadisəsinin doğruluğunu və Şamdakı şəhadətini araşdırmaq üçün din alimlərinin və böyük təqlid-mərcələrinin bu mövzuda çıxışlarının bəzi hissələrini nəzərdən keçirək.

Ayətullah Seyyid Əli Sistani bildirir ki, Həzrəti Rüqəyyənin (ə) hadisəsini "Kamil Bəhai" kitabında qeyd edilmişdir. Bu kitab şiənin ən etibarlı mənbələrindəndir, kitabın  müəllifi İmadəddin Təbəri şiə aləminin mötəbər alimlərindən və tarixçilərindəndir. Bundan əlavə, tarixçilər tarixi mətnlərdə Həzrəti Rüqəyyənin (ə) adını çəkir.

Hicrətin onuncu əsrində yaşayan Əbdül-Vəhhab Əl-Şərani "Əl-Minan" kitabında yazır: 

"Şamın Böyük Məscidinin yaxınlığında İmam Hüseynin (ə) qızı Həzrət Rüqəyyənin (ə) ziyarətgahı kimi tanınan bir hərəm var. Bu hərəmin girişində yerləşən bir daşın üzərində belə yazılıb: "Bu hərəm Peyğəmbərin (s) ailəsinin və Şəhid Hüseynin (ə) qızının hərəmidir"."

Mərhum Mirzə Haşim Xorasani "Müntəxəbül-təvarix" əsərində Həzrəti Rüqəyyə binti Hüseynin (ə) hərəminə suyun axması hadisəsini və Seyid İbrahimin bu barədə gördüyü yuxunu nəql edir və o Xanımın (sə) kəramətini qeyd edir:
"Qeyd etmək lazımdır ki, İmam Hüseynin (sə) qızlarının iki adı vardı, məsələn: Həzrət Səkinəyə (sə) Əminə də deyilirdi. Buna görə də mümkündür ki, Həzrət Rüqəyyənin (sə) adı Fatimeyi-Suğra olsun. Həzrət Zeynəbə (sə) mənsub edilən bir şeirdə belə yazılmışdır: ""Ey qardaş, Fatimeyi-Suğra ilə danış, onunla danış, çünki ürəyi az qalır ərisin.

Başqa bir ehtimala əsasən, o xanımın adı Zeynəbdir. İbni Şəhri Aşub öz "Mənaqib"ində İmam Hüseynin (ə) üç qızı olduğunu və adlarının Fatimə, Səkinə, Zeynəb olduğunu yazmışdır. Ehtimal edilir ki, Həzrət Rüqəyyə (sə) həmin Zeynəbdir"."

Ayətullah Safi Gülpeyqaninin nəzərinə görə, məqtəllərə və bəzi tarix kitablarına əsasən, Həzrət İmam Hüseynin (ə) Şamda dünyadan köçmüş belə bir qızı var:

"Məsələnin şöhrəti ilə yanaşı, ümumiyyətlə bu hərəm Əhli-beytə (ə) aid edilməsi baxımından hörmət və ehtiramla qarşılanır. Bu müqəddəs məkanın şöhrəti xüsusən də etibarlı dəlillər nəzərə alınmaqla, inkar edilmir. İslamın müqəddəs ziyarətgahlarına hörmət edilməlidir, çünki onlar Əhli Beytin (ə) və övladlarının fəzilətlərinin, İslam maarifinin və duaların qeyd edilməsinin mərkəzləridir. Bu şübhələr əsassızdır".

Ayətullah Məkarim Şirazinin nəzərinə görə, İmam Hüseynin (ə) kiçik qızının Şamda dünyadan köçməsi və orada dəfn edildiyinə dair heç bir şübhə yoxdur, mövcud ziyarətgah da həmin qıza aid edilir:

"Amma qızın adının "Rüqəyyə" və ya başqa bir ad olması barədə İslam alimləri arasında fikir ayrılığı var, baxmayaraq ki, deyilənlərə əsasən onun adı Rüqəyyədir".

Ayətullah Nuri Həmədaniyə görə, "Kamil Bəhai" və "Nəfsul-Məhmum" kimi kitablarda və digər mötəbər kitablarda bəzilərinin adını "Rüqəyyə" adlandırdıqları və Şamda şəhid olan qız İmam Hüseynə (ə) nisbət verilir:

"Əgər kimsə o xanıma nəzir etsə, nəzirinə əməl etməlidir, Şamdakı türbə də ona məxsusdur".

Ayətullah Ələvi Qorqaniyə görə, Həzrət Rüqəyyənin (sə) varlığı tarixi bir həqiqətdir və əgər bir şübhə varsa, əslində onun varlığı ilə deyil, mübarək adı ilə bağlı şübhələrdir:

"Amma İmam Hüseynin (ə) qızı olduğu və Şamda dünyadan getdiyi barədə heç bir şübhə yoxdur. İnsanların dini inancları ilə bağlı bu şübhələri yaradanlara tövsiyəmiz budur ki, sizin bu işləriniz heç bir fayda verməyəcək və yalnız axirətlərinizi məhv edib İmam Hüseynin (ə) qəzəbinə düçar olacaqsınız. Yaxşısı budur ki, belə məsələlərə qarışmayın".

Giperssilka.ru