Ustad Şəhid Mütəhhəri ongünlüyünə start verilir FOTO

Ustad Şəhid Mütəhhəri ongünlüyünə start verilir  FOTO
Şəhid Mürtəza Mütəhhəri
Ustad Şəhid Mütəhhəri ongünlüyünə start verilir  FOTO
Ustad Şəhid Mütəhhəri ongünlüyünə start verilir  FOTO
Ustad Şəhid Mütəhhəri ongünlüyünə start verilir  FOTO

       İslam İnqilabının banilərindən, böyük filosof Şəhid Mütrəza Mütəhhərinin şəhadətinin 41-ci ildönümü münasibətilə virtual məkanda “Şəhid Mütəhhəri ongünlüyü” adlı virual aksiya keçirilir. Giperssilka.ru xəbər verir ki, belə bir təşəbbüslə Qum Elmi Hövzəsində təhsil almış bir qrup tələbə, o cümlədən Azərbaycan Respublikası dini və mədəni fəalları çıxış edib. 

 

          Təşəbbüskarların virtual aksiya ilə bağlı yaydıqları açıqlamada bildirilir:

       “İslam mütəfəkkiri, şəhid professor Mürtəza Mütəhhərinin şəhadətinin 41-ci ildönümü ərəfəsində, aprelin 21-dən 02 may tarixinədək "Şəhid Mütəhhəri ongünlüyü" təşkil ediləcək. “Şəhid Mütəhhəri ongünlüyü" çərçivəsində virtual məkanlarda sosial əlaqə imkanlarından istifadə edərək Şəhid Mütəhhərinin intellektual əsərləri yenidən yayılacaq və təkrar nəşr ediləcək. "Şəhid Mütəhhəri ongünlüyü" çərçivəsində atılacaq addımlardan biri də sosial şəbəkələrdə virtual mədəniyyət sərgilərinin təşkili olacaqdır. Azərbaycan Respublikası və İranda fəlsəfi düşüncə və ali fikirlərin yayılması, fikir və ağıl aləmini gücləndirməyə öz töhfələrini verən ictimaiyyət və din xadimləri, mədəniyyət mütəxəssisləri "Şəhid Mütəhhəri ongünlüyü"-nün qeyd olunmasında iştirakçı olacaq, müxtəlif sosial şəbəkələrin istifadəçiləri də könüllü olaraq bu mədəni tədbirdə pay qazanacaqlar”.

 

     Ustad Şəhid Mürtəza Mütəhhəri 31 yanvar 1919-cu ildə Xorasan vilayətinin Fəriman kəndində dünyaya göz açıb. İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan filosof Şəhid Mütəhhəri İslam İnqilabının əsas ideoloqlarından biridir. Professor Şəhid Mütəhhəri 01 may 1979-cu il tarixində axşam saat 22:20 radələrində Tehrandakı “İrşad Hüseyniyyəsi”nin qarşısında Furqan təşkilatının üzvləri tərəfindən törədilən terror nəticəsində şəhadətə yetirilmişdir. Onun elmi rəhbərləri arasında Seyid Hüseyn Bürucerdi, İmam Ruhullah Xomeyni, Əllamə Təbatəbai kimi dühalar vardır.