Valentin Rıbakov: "Belarus ilə sərhəddə istənilən hərbi səhv faciəyə gətirib çıxaracaq"

Valentin Rıbakov:

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Belarusun BMT-dəki daimi nümayəndəsi ölkəsi ilə sərhəddə Qərbin hər hansı hərbi avantürası barədə xəbərdarlıq edərək, prosesin davam etməsinin faciəyə səbəb ola biləcəyini deyib.  

Bu barədə Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov bildirib.  

O qeyd edib ki, Belarus sərhədlərində vəziyyət gərgindir, belə ki, qonşu ölkələr ora öz hərbi texnikasını gətirir və istənilən səhv faciəvi nəticələrə səbəb ola bilər.  

Valentin Rıbakov təkcə Polşa və Litvanın deyil, Ukraynanın da Belarusiya ilə sərhəddə hərbi texnika yerləşdirdiyini vurğulayıb və əlavə edib:  

"Ukrayna, həmçinin daha çox sərhədçi və qoşun yeritmək planlarını açıqlayıb. Hazırda Rusiya və Belarusiya bu hərəkətlərə cavab olaraq lazımi təhlükəsizlik tədbirləri görür və iki ölkənin hava qüvvələri sərhədlərdə birgə patrul xidməti həyata keçirir". 

 

Giperssilka.ru