Vaşinqton meri: “Tramp xalqı qiyama təşviq edir”

Mer vurğulayıb ki, ABŞ prezidentinin korona virusu ilə mübarizə barədə söylədikləri ölkədə zorakılığı şiddətləndirəcək. 

Vaşinqton meri: “Tramp xalqı qiyama təşviq edir”
Vaşinqton meri Jey Enzley (Jay Inslee)

Vaşinqton ştatının meri Jey Enzley (Jay Inslee) ABŞ prezidenti Donald Trampın yalanlarının cəmiyyəti zorakılığa sürüklədiyini və bunun da qiyama səbəb ola biləcəyini bildirib.

Giperssilka.ru “Yazilimedya”ya istinadən xəbər verir ki, mer bu haqda cümə günü özünün tvitter hesabında yazıb. Prezident Trampın qeyri-leqal və təhlükəli addımları barədə xəbərdarlıqlar edən Jey Enzley qeyd edib ki, Tramp açıqlamaları ilə milyonlara insanı Covid-19 xəstəliyi ilə baş-başa qoyur. Mer vurğulayıb ki, ABŞ prezidentinin korona virusu ilə mübarizə barədə söylədikləri ölkədə zorakılığı şiddətləndirəcək.