Venesuela Fələstin xalqına dəstək oldu

Venesuela Fələstin xalqına dəstək oldu

Venesuela hökuməti işğalçı İsrail ordusunun Qəzza zolağına və Əqsa məscidinə hücumları qınayıb.

Giperssilka Eastnews.org-a istinadən xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, Venesuela hökuməti İsrail rejiminin hücumlarını qınayır.

"Biz Fələstin xalqının öz haqqını müdafiə etmək hüququnu dəstəkləyirik. Baş verən itkilərə və mübarizəyə görə Fələstin xalqı ilə həmrəyliyimizi ifadə edirik", - deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, İsrail rejimi polisi və əsgərləri aralarında azyaşlı uşaqların da olduğu mülki şəxsləri hədəfə alır.