Venesuela ordusu ABŞ qeydiyyatlı təyyarəni vurdu

Venesuela ordusu ABŞ qeydiyyatlı təyyarəni vurdu

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Venesuela hərbçiləri ABŞ qeydiyyat nömrəli təyyarəni vurublar.

İlkin məlumatlara əsasən, həmin təyyarə narkotacirlərə məxsus olub.

Bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.

Venesuela Silahlı Qüvvələrinin qulluqçuları Hava Müdafiəsi Komandanlığının radarlarının köməyi ilə qeyri-qanuni təyyarəni aşkar edərək qanunla müəyyən edilmiş protokolları aktivləşdiriblər”, – deyə o bəyan edib.

Qeyd edilir ki, ABŞ qeydiyyat nişanlı təyyarə Venesuelanın hava məkanına Suliya ştatından qeyri-qanuni daxil olub.

 

Shafaqna / Giperssilka