Dövlət çevrilişi üçün Venesuelaya soxulanların sayı 23-ə yüksəldi YENİLƏNİB FOTO/VİDEO

ABŞ əsgəri ölkəyə prezident Maduro üçün gəldiklərini etiraf edib

Mətbuat konfransında Venesuela Rabitə, Turizm və Mədəniyyət nazirinin müavini Xorxe Rodriqes ölkəyə soxulmağa çalışarkən həbs edilənlərin əməliyyatı təkbaşına həyata keçirmədiyini, əksinə, müxalifət lideri Xuan Quaidonun başçılıq etdiyi sağçıların dəstəklədiyini bildirib.

 

Maide.Az xəbər verir ki, Rodriqes keçmiş ABŞ əsgəri Erin Barrinin dindirilmə zamanı çəkilən videonu nümayiş etdirib.

 

Dindirmə zamanı məqsədini soruşduqda, Barri, "müəyyən vəzifələri yerinə yetirmək və Maduronu öldürməyi düşünürdüm", - deyə bildirib.

 

Rodriqes tərəfindən göstərilən başqa bir dindirmə videosunda Barri "Hədəfimiz, Hərbi Əks Kəşfiyyat Mərkəzi, Bolivar Milli Kəşfiyyat Xidməti, Miraflores (Prezident Sarayı) və hava limanına nəzarət qülləsi idi" deyə qeyd edir.

 

Rodriqes bildirib ki, saxlanılanların sayı 23 nəfərdir.

Giperssilka.ru

 

 

2020-05-07 02:15:47

Venesuelada 2 amerikan casusu ifşa edilərək həbs edilib FOTO-VİDEO

Venesuela təhlükəsizlik qüvvələri ölkənin legitim prezidenti Maduroya qarşı sui-qəsd planının qarşısını alıb. 

Gipersilka.ru xarici KİV-lərə istinadən xəbər verir ki, ölkəyə su yolu ilə sızmağa çalışan 13 nəfərlik qruplaşma Venesuela təhlükəsizlik orqanları tərəfindən yaxalanıb.   

Ələ keçən casuslar arasında ABŞ vətəndaşı 2 casus da var. Yerli KİV-lər həmin şəxslərin pasport fotolarını və video görüntülərini yayınlayıb.

Giperssilka.ru  

 

Venesuelada 2 amerikan casusu ifşa edilərək həbs edilib