Vəsiyyət namazı necə qılınır?

Vəsiyyət namazı necə qılınır?

İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sizə məğrib və işa namazları arasında qılınan iki rükətli vəsiyyət namazını tövsiyə edirəm.

Hər kim hər ay bu namazı qılarsa, möminlərdən olar.

Hər kim hər il bu namazı qılarsa, möhsünlərdən olar.

Hər kim hər cümə günü bu namazı qılarsa, muxlislərdən olar.

Hər kim hər axşam bu namazı qılarsa, behiştdə mənimlə birlikdə olar.

Onun savabının həddini Allahdan başqa heç kəs bilmir”.

Vəsiyyət namazının qılınma qaydası: İki rükətli namazdır ki, birinci rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 13 dəfə “Zəlzələ” surəsi oxunur.

İkinci rükətdə “Həmddən” sonra 13 dəfə “Tövhid” surəsi oxunur. (Beytutə)

Allah Təala bəyənilən əməlləri yerinə yetirməyi nəsib etsin!

Deyerler.org / Giperssilka