Qətlə yetirilən 17 yaşlı azərbaycanlının cənazəsi vətənə yola salınıb VİDEO

Rusiya Federasiyasının Volqaqrad şəhərində naməlum şəxs tərəfindən qətlə yetirilən Gəncə şəhər sakini Teymur Qavrilovun cənanəsi Azərbaycana yola salınıb.

Yerli azərbaycanlılardan Giperssilka-ya verilən məlumata görə, bu gün mərhumun cənazəsi Rusiyadakı həmyerlilərimiz birgə səyləri nəticəsində Volqaqraddan evinə, Gəncə şəhərinə yola salınıb. Mərhum Volqaqrad Tibb Universitetinin birinci kurs tələbəsi olub.

17 yaşlı Teymur iyunun 13-də gecə 24:00 radələrində  tələbə yoldaşının evindən yaşadığı tələbə yataqxanasına qayıdarkən yolda qətlə yetirilib. Yerli icra və hüquq-mühafizə orqanları qatilin tapılması üçün səfərbər olunub. Volqaqrad şəhər qubernatoru Andey Boçarov qatilin tapılmasında yardımçı olanlara 1 milyon rubl (təqr. 24 min manar, - red.) mükafat ayırıb.

Giperssilka-ya yerli həmyerlilərimizdən daxil olan məlumata görə, mərhum şəhərdə həm həm təhsil alıb, həm də dərsdən sonra işləyirmiş.

Giperssilka.ru