Xacə Nəsrəddin Tusinin (r.ə) doğum günüdür

Xacə Nəsrəddin Tusinin (r.ə) doğum günüdür

Dekabrın 16-sı (Hicri-əməri təqvimi ilə Cəmadiul-ula ayını 11-ci günü) Xacə Nəsrəddin Tusinin (r.ə) doğum günüdür.

Giperssilka.ru xəbər verir ki, şiələrin dəyərli alimlərindən olan filosof Xacə Nəsirəddin Tusi (r.ə) Tus şəhərində anadan olub.

Atası dünyasını dəyişdikdən sonra o zaman alimlərin elmin mərkəzi sayılan Nişabur şəhərinə gedib.

Mərhum Xacə (r.ə) əxlaq, məntiq, fəlsəfə, kəlam, riyaziyyat və nucum elmləri barədə bir çox kitabların müəllifidir.

Əxlaqi Nasiri (tərcüməsi var), Əvsaf əl-Əşraf (tərcüməsi var), Əsas əl-İqtibas, Şərh əl-İşarat, Təcrid əl-Etiqadat (tərcüməsi var) kimi məşhur əsərlərin sahibidir.

Vəsiyyətinə əsasən, İmam Museyi Kazimin (ə.s) hərəmində dəf olunub. Şagirdləri qəbr sahibinin kim olması barədə bir şeylər yazmaq fikrində olduqları zaman Xacə belə demişdi:

"Əgər bir şey yazmaq istəsəniz Kəhf surəsi, 18-ci ayəni yazın".

Buna görə də İmam Museyi Kazimə (ə.s) olan ehtiramından qəbrinin üstünə (ə.s) həmin ayə yazılır.

و کَلبُهُم باسِطٌ ذِراعَیهِ بِالوَصید .