Xurma çəyirdəyini zibilə atmaq belə israfdır

Xurma çəyirdəyini zibilə atmaq belə israfdır

Bir gün bir neçə şiə İmam Sadiqin (ə) qonağı oldu. İmamın evinin xidmətçisi onlara bir boşqabda xurma gətirdi.

Qonaqlar və İmam (ə) xurmadan yeməyə başladılar. İmam (ə) hər xurmanı yedikcə Allahın şükrünü edirdi. Bu zaman qonaqlardan biri yediyi xurmanın çəyirdəyini evin pəncərəsindən çölə atdı. İmam (ə) əlində yemək istədyi xurmanı boşqaba qoyaraq bu hadisədən narahatlığını ifadə edib dedi:

Sizin bu işiniz israfdır - (çünki xurma çəyirdəyini ən azı dəvə yemi kimi istifadə etmək olur).

P.S: Bəzən həyatımızda çox kiçik saydığımız işlərin təkrarı mənəvi inkişafımıza mane olur. Məsələn, hər gün süfrənin qalığını büküb zibilə atmağımız kimi. Çox vaxt tənbəllik edir və çöldəki heyvanlar yeyə biləcək süfrə qalıqlarını yararsız zibildən ayırıb heyvanlara vermir və hamısını bir yerə yığıb küçədəki zibil yeşiklərinə atırıq.

Bunun isə iki pis nəticəsi olur: 

1). Küçədəki it və pişiklər həmin süfrə qalılqrını yemək üçün zibil yeşiklərini dağıdır, küçəni zibilləyirlər. 

2). Çox vaxtda yeşiklərin ağzı bağlı olduğu üçün onlara çatacaq ruzidən məhrum olurlar. Halbuki həmin heyvanlara çatacaq süfrə qalıqlarını səliqəli şəkildə və onlar üçün əlverişli olacaq bir yerdə onlara vermək olar.

Bunları da keçsək bu kimi kiçik diqqətsizlik insanda daha böyük mənəvi boşluqlara yol açır, bir də görürsən insan bir yerə çatıb ki, küçədə heyvanına deyil, hətta ac insanlara da rəhm eləmir, bəzən bunu da keçib zəif insanların əlindəkin alıb onları ac qoyur, bütün gücü ilə vəhşi nəfsin tabeliyindədir və dünyanı qazanmaq üçün qarşısına çıxan heç kimə rəhm etmir.

Belə də ki, hansı tərəfdən baxsan, hər şey süfrədən başlayır. 

Mir Məhəmməd Bəşir 
Hədis elmləri üzrə ekspert