XÜSUSİ ƏMƏLİYYAT: İcra başçısının bütün müavinləri saxlanıldı (İDDİA)

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Abşeron Rayon İcra Hakimiyyətinin binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirirlər. 

XÜSUSİ ƏMƏLİYYAT: İcra başçısının bütün müavinləri saxlanıldı (İDDİA)

Qaynarinfo haqqin.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon rəhbəri İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.

 

Ətraflı məlumat daha sonra açıqlanacaq. 

 

Qeyd edək ki, bu gün Baş Prokurorluğun Mətbuat Xidmətin Abşeron rayon İcra Hakimiyyətindəki həbslərlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

 

"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb. Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur. Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur", Mətbuat Xidmətindən bildirilib.