Yapon alim müsəlman oldu: İslamı təbliğ edir

Yapon alim müsəlman oldu: İslamı təbliğ edir

Giperssilka.ru "Shafaqna"ya istinadən xəbər verir ki, yaponiyalı Naoki Yamamoto 12 il öncə İslam dinini qəbul edərək müsəlman olub.

O, həmin andan bəri müntəzəm şəkildə dini biliklərini genişləndirir və öz həmvətənlərini İslam barədə məlumatlandırır.

Yamamoto deyib ki, onu İslam dininin əxlaqi və sosial konsepsiyası təsirləndirib.

O, hazırda 5 yapona İslam dinini öyrədir və Yaponiyada yaşayan həmvətənləri ilə onlayn məşğələlər keçirir.

Yamamoto hazırda Türkiyəyə yaşayır və Marmara Universitetində dərs deyir.