Yəmən qüvvələri Məaribin azadığı üçün “Ağır Cəza” əməliyyatını həyata keçirib

Yəmən qüvvələri Məaribin azadığı üçün “Ağır Cəza” əməliyyatını həyata keçirib

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Sari Məarib əyalətində həyata keçirilən "Ağır Cəza" (Əl-Bəsuş-şədid) əməliyyatının təfərrüatları barədə xalqa məlumat verib.

O qeyd edib ki, əməliyyat zamanı əyalət azad edilib:

"Yəmən ordusu və xalq komitələrinin düşmənlərə qarşı həyata keçirdiyi raket əməliyyatlarının ümumi sayı 161-ə çatıb. Onlardan 128-i Məarib daxilində, 33 əməliyyat isə Səudiyyə ərazisinin dərinliyində həyata keçirilib".

Yəhya Sari qeyd edib ki, əməliyyatlar "Bədr", "Nikel", "Sair", "Qasim", "Zülfüqar" və "Qüds-2" raketləri ilə həyata keçirilib.

Briqada generalı əməliyyatlar nəticəsində düşmənin 3 min hərbiçisinin öldürüldüyünü, 12 min 400 nəfər hərbiçisinin yaralandığını və 550 nəfərin isə əsir götürüldüyünü bildirib.

Giperssilka.ru