Yəməndə vəba kabusu

BMT-nin uşaq fondu - UNICEF bildirib ki, koronavirus xəstəliyinin qızğın çağında güclü leysan yağışlarına görə, 5 milyondan çox yəmənli uşaq vəba və kəskin ishal təhdidi altındadır.

Yəməndə vəba kabusu
UNİCEF: "Yəməndə 5 milyondan çox 5 yaşından aşağı yəmənli uşaq vəba və kəskin ishal riski altındadır"

Rasthaber İran mediasına istinadən xəbər verir ki, UNİCEF-in rəsmi vebsaytının məlumatına görə, beş milyondan çox beş yaşından aşağı yəmənli uşaq vəba və kəskin ishal riski altındadır. 

"Yanvar ayından bəri Yəmənin 331 bölgəsindən 290-da vəbada şübhəli bilinən 110 mindən çox hal qeydə alınıbdır. Beş yaşından aşağı uşaqlar bu halların dörddə birini təşkil edirlər.",

- deyə UNICEF qeyd edib.

BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi də çərşənbə axşamı günü xəbərdarlıq edib ki, koronavirus Yəmən rəsmilərinin aşkar edə bilməmələri fonunda Yəməndə yayılıb. Ərəbistan və BƏƏ tərəfindən altı ildir məcburi müharibəyə cəlb edilən Yəməndə səhiyyə durumu son dərəcə ağırlaşıb.

Qeyd edək ki, Yəməndə aprelin ortalarından bəri güclü leysan yağışları davam etməkdədir.

Giperssilka.ru