Yeni qayda: Miqrantlar Rusiya Federasiyasını tərk etmədən patentlərini yeniləyə biləcəklər

Yeni qayda: Miqrantlar Rusiya Federasiyasını tərk etmədən patentlərini yeniləyə biləcəklər

01 May 2020-ci il tarixdən Rusiya Federasiyası qanunvericiyində qəbul edilmiş yeni qaydalara əsasən, bundan sonra Rusiyada işləyən əcnəbi vətəndaşlar ölkə ərazisini tərk etmədən iş izninə dair sənəd, patenti sənədləşdirə və müddətini artıra  biləcəklər.  

Giperssilka.ru RİAFAN-a istinadən xəbər verir ki, Rusiyaya vizasız gəlmiş və əmək patenti əsasında işləyən əcnəbilər cari ilin may ayının 5-dən etibarən patenlərini Rusiya Federasiyası ərazilərini tərk etmədən də bir neçə dəfə sənədləşdirə bilərlər.

İndiyədək əmək miqrantları Rusiyada 2 ildən çox qalmamaqla işləyə bilərdidlər. Məhdudiyyətlər COVİD-19 virusunun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ləğv edilib.

Giperssilka.ru