Nücəba sözçüsü: "Hər hansı bir halda ABŞ-ı İraqda hədəf alacağıq"

Nücəba sözçüsü:

Giperssilka xəbər verir ki, Nücəba İslami Müqavimət Hərəkatının rəsmi sözçüsü Mühəndis Nəsr Əş-Şəməri müqavimət qruplarının İraq Xarici İşlər nazirinin Amerika əsgərlərinin İraq torpaqlarında qalması ilə bağlı mövqeyinə qarşı çıxmasının səbəblərini izah edib.

Mühəndis Nəsr Əş-Şəməri İraq təhlükəsizlik mütəxəssisləri və səlahiyyətlilərinin fikirlərinə toxunaraq qeyd edib ki, həm müvəqqəti Baş nazir, həm müdafiə naziri, həm də milli təhlükəsizlik müşaviri bildirdilər ki, İraqın sabitliyini təmin etmək üçün xarici qüvvələrə ehtiyacı yoxdur.

O, XİN rəhbəri Fuad Hüseynin iddiasını təhlükəsizlik rəsmilərinin fikirlərinə zidd adlandırıb:

"Təəccüblüdür ki, Xarici İşlər naziri mütəxəssislərə müraciət etmək əvəzinə, İraqın Amerika qoşunlarına və müşavirlərinə ehtiyacından danışır!

Nücəba İslami Müqavimət Hərəkatı olaraq bildiririk ki, İraqın Amerika qoşunlarına ehtiyacı yoxdur. Buna görə də bunu açıq şəkildə deyirik ki, Amerika qüvvələri hər hansı bir halda İraqda müqavimət silahları üçün hədəfdir".

Giperssilka.ru